Zelenski Zalujnıya tapança hədiyyə etdi – VİDEO

Ukrayna Prezidenti Vladimir Zelenski Silahlı Qüvvələrin baş komandanı Valeri Zalujnı (iyulun 8-də anadan olub) və Quru Qoşunların komandanı Aleksandr Sırskini (iyulun 26-da anadan olub) doğum günləri münasibətilə təbrik edib.

Globalinfo.az Axar.az-a istinadən xəbər verir ki, bu barədə Zelenskinin Teleqram kanalında məlumat verilib.

Məlumata görə, Dnepr şəhərində keçirilən Ali Baş Komandanlığın iclası zamanı Zelenski Zalujnıya tapança hədiyyə edib.