Rus nazir qəzaya düşdü: dərhal sonra… – FOTO

Rusiyanın təhsil naziri Sergey Kravtsov paytaxt Moskvanın mərkəzində avtomobil  qəzasına düşüb. 

Globalinfo.az xəbər verir ki, nazirin olduğu “Arus” markalı avtomobil Leninski prospekti ilə Stasovaya küçəsinin kəsişməsində yük maşını ilə toqquşub.

Məlumata görə, qəza yanvarın 30-u günorta saatlarında baş verib. Qəzadan dərhal sonra onun avtomobilindən dövlət nömrə nişanlarının çıxarıldığı, nazirin başqa maşına keçirildiyi deyilir.

İlkin məlumata görə, 49 yaşlı nazir S.Kravtsov hadisə nəticəsində ciddi xəsarət alıb.

Əliyar Xəlil
Globalinfo.az