Zelenski Vaşinqtona gedir: Tramp səbəbini açıqladı – YENİLƏNİB

Zelenski Vaşinqtona gedir: Tramp səbəbini açıqladı – YENİLƏNİB

Ukrayna Prezidenti Volodimir Zelenski fevralın 28-də minerallarla bağlı razılaşmanı imzalamaq üçün Vaşinqtona səfər edəcək.

Globalinfo.az xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp məlumat yayıb.

“Prezident Zelenski cümə günü Vaşinqtona gəlir. Bu, artıq təsdiqlənib. Biz çox böyük bir razılaşmanı imzalayacağıq”, – Tramp bildirib.

**

20:52

Volodimir Zelenski Vaşinqtona gedir.

Globalinfo.az xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp məlumat yayıb.

Onun sözlərinə görə, Ukrayna Prezidenti fevralın 28-də minerallarla bağlı razılaşmanı imzalamaq üçün Vaşinqtona səfər edəcək.

Aysel Əliyeva
Globalinfo.az