Ukrayna Prezidenti Volodimir Zelenski ABŞ-lı həmkarı Donald Trampla görüşmək üçün Vaşinqtona gəlib.
Globalinfo.az “Report”a istinadən xəbər verir ki, bu barədə V. Zelenski “Telegram” kanalında yazıb.
Ukrayna lideri bütün tərəflərin müharibəni tez və etibarlı şəkildə bitirmək arzusunda birləşdiyini vurğulayıb:
“Ukraynalılar öz torpaqları və müstəqillikləri uğrunda mübarizə aparırlar. Hazırda Donetsk və Sumi vilayətlərində əsgərlərimiz uğurlar əldə edirlər. Əminəm ki, biz Ukraynanı qoruyacağıq, onun təhlükəsizliyini etibarlı şəkildə təmin edəcəyik. Xalqımız isə göstərilən dəstəyə və əvəzsiz yardıma görə Prezident Trampa, Amerika xalqına və bütün tərəfdaşlarımıza daim minnətdar olacaq. Rusiya bu müharibəni özü başladı və məhz o, bu müharibəyə son qoymalıdır”.
Qeyd edək ki, bu görüşə saatlar qalmış ABŞ Prezidenti Donald Tramp bəyan edib ki, Ukrayna Prezidenti Volodimir Zelenski Krımdan imtina etməklə və ölkəsinin NATO-ya üzvlük niyyətindən əl çəkməklə Rusiya–Ukrayna münaqişəsini dərhal dayandıra bilər.














