Vladimir Zelenski ABŞ Prezidenti Donald Trampın Ukrayna münaqişəsinin həlli planındakı məqamları müzakirə etməyə hazır olduğunu bildirib.
Globalinfo.az xəbər verir ki, o, bu barədə videomüraciətində danışıb.
Zelenski bu yaxınlarda ABŞ-dan münaqişənin həlli planı layihəsi aldığını açıqlayıb. Bu plan, Zelenskinin ofisinin Teleqram kanalında deyildiyi kimi, diplomatiyaya təkan verə bilər.
Bildirilib ki, Zelenski və ABŞ nümayəndə heyəti nizamlanma layihəsinin müddəalarını müzakirə etmək barədə razılığa gəliblər. Zelenski onları ABŞ prezidenti Donald Trampla da müzakirə etməyi gözləyir.
Tahir Turan
Globalinfo.az