
ABŞ Prezidenti Donald Tramp Ukrayna Prezidenti Volodimir Zelenskidən məktub aldığını bildirib.
Globalinfo.az xəbər verir ki, Tramp bunu ABŞ Konqresinin Nümayəndələr Palatası və Senatında ölkədəki vəziyyət, daxili və xarici siyasətin prioritet istiqamətləri ilə bağlı çıxışı zamanı deyib:
“Məktubda bildirilir ki, Ukrayna uzunmüddətli sülhü yaxınlaşdırmaq üçün mümkün qədər tez danışıqlar masası arxasına oturmağa hazırdır. Zelenski və komandası bunun üçün mənim güclü rəhbərliyim altında işləmək fikrindədir”.
Ağ Ev rəhbərinin sözlərinə görə, Ukrayna lideri öz mesajında ölkəsinin istənilən vaxt resurslarla bağlı saziş imzalamağa hazır olduğunu da bildirib:
Günay Rəsulqızı
Globalinfo.az