Ukrayna Prezidenti Volodimir Zelenski Ukrayna hərbçilərinin Sankt-Peterburq yaxınlığındakı liman neft infrastrukturuna, eləcə də Kronştadta (Rusiya) zərbələr endirdiyini təsdiqləyib.
Globalinfo.az bildirir ki, “Report”un məlumatına görə, bu barədə Zelenski öz teleqram kanalında bildirib.
“Bu gecə Ukraynanın Rusiyaya qarşı bu müharibəyə görə tətbiq etdiyi uzaqmənzilli zərbələri Sanq-Peterburq yaxınlığında işə düşüb. Ukrayna Müdafiə Qüvvələri Rusiya müharibəsi üçün gəlir təmin edən liman neft infrastrukturuna zərbə endirib, həmçinin mühüm hərbi hədəf olan Kronştadta da hədəflər vurulub. Ukraynanın dövlət sərhədindən məsafə 850 kilometrdən çoxdur”, – o yazıb.
Daha əvvəl Sankt-Peterburqun qubernatoru Aleksandr Beqlov Ukraynanın şəhərdəki neft terminalına pilotsuz uçuş aparatları ilə hücum etdiyini bildirmişdi.