Zelenski Starmerlə bunu müzakirə etdi

Zelenski Starmerlə bunu müzakirə etdi

Ukrayna Prezidenti Volodimir Zelenski Böyük Britaniyanın Baş naziri Keyr Starmerlə təhlükəsizlik zəmanətlərini müzakirə edib.

Globalinfo.az Axar.az-a istinadən xəbər verir ki, bu barədə “Qardian” məlumat yayıb.

“Tərəflər həmçinin silah tədarükü mexanizmlərini müzakirə edib. Zelenski Starmeri Ukrayna üçün yeni silahları maliyyələşdirən ölkələrin artan siyahısına qoşulmağa çağırıb.

PUA istehsalının artırılması planları da gündəmdə olub.

Zelenski qeyd edib ki, Ukrayna bu sahədə maliyyəyə ciddi ehtiyac duyur və dronların cəbhədə həlledici rol oynadığını vurğulayıb”, – nəşr bildirib.