Zelenski Sırskinin əsas vəzifəsini açıqladı

Zelenski Sırskinin əsas vəzifəsini açıqladı

“Səngərdə olmayan general mənim üçün general sayılmır”.

Globalinfo.az xəbər verir ki, bunu Ukrayna prezidenti Volodimir Zelenski deyib.

O bildirib ki, Ukrayna Silahlı Qüvvələrinin Ali Baş Komandanı Aleksandr Sirskinin əsas vəzifəsi orduda bürokratiyanı azaltmaqdır.

“Bu çox vacibdir. Zabit öz əsgərini görməlidir. Təcrübəsinə baxmayaraq, səngərdə olmayan mənim üçün general sayılmır. Çünki bu gün ən çətin vəziyyət cəbhə xəttində, səngərdədir. Generallar səngərdə olmalıdırlar. Hərbçinin mənəviyyatı hər şeydən önəmlidir”, – deyə Zelenski vurğulayıb.

Müşviq Tofiqoğlu
Globalinfo.az