Zelenski şiddətli döyüşlər haqda: “Vəziyyət olduqca mürəkkəbdir”

Zelenski şiddətli döyüşlər haqda: “Vəziyyət olduqca mürəkkəbdir"

“Xarkov istiqamətində şiddətli döyüşlər gedir. Bəzi kəndlər müharibə zonasına çevrilib”.

Globalinfo.az xəbər verir ki, bunu Ukrayna prezidenti Volodimir Zelenski deyib.

“Volçansk yaxınlığında vəziyyət çox çətindir. Şəhər daim Rus ordusunun atəşi altındadır. Ordumuz Rusiyanın hücumlarını dəf etməyə çalışır”, – Zelenski vurğulayıb.

Xarkov vilayətinin regional hərbi administrasiyasının rəhbəri Oleq Sinegubov mülki əhalinin Volçanskdan təxliyəsinin davam etdiriləcəyini açıqlayıb. O bildirib ki, 1600-ə yaxın yerli sakinin təxliyəsi planlaşdırılır.

“Vəziyyət olduqca mürəkkəbdir, lakin ordumuz buna nəzarət edir. Volçanskda 200-300 nəfər qalıb. Biz insanları daha təhlükəsiz yerlərə təxliyə etməyə çalışacağıq”.

Ukrayna Baş Qərargahının məlumatına görə, Rusiya bütün cəbhə xətti boyunca zərbələri davam etdirir. Xarkov istiqamətində rus qoşunları hücum əməliyyatlarını dayandırmır. Qeyd olunur ki, rus ordusu Lukyantsy kəndi ərazisində qismən uğur əldə edib, lakin irəliləyiş dayandırılıb.

Müşviq Tofiqoğlu
Globalinfo.az