Zelenski şəxsən xahiş etdi, Harrisin cavabı təəccübləndirdi

Zelenski şəxsən xahiş etdi, Harrisin cavabı təəccübləndirdi

Ukrayna Prezidenti Volodimir Zelenski ABŞ-dan Rusiyaya Qərb silahları ilə zərbə endirmək üçün məhdudiyyətin aradan qaldırılmasına icazə almadan geri qayıdır.

Globalinfo.az xəbər verir ki, bu barədə “The Times” qəzeti məlumat yayıb.

Qəzet yazır ki, Zelenski ABŞ Prezidenti Co Bayden və vitse-prezident Kamala Harrislə görüşdə “Storm Shadow” və ATACMS raketlərindən istifadəyə qoyulan məhdudiyyətlərin götürülməsini şəxsən xahiş edib. Lakin Vaşinqtonun bu raketlərdən istifadə ilə bağlı mövqeyində dəyişikliklə bağlı hər hansı bəyanat verilməyib.

Məlumata görə, görüş zamanı Kamala Harris Ukrayna prezidentinin xahişinə münasibət bildirmək əvəzinə, rəqibi Donald Trampın seçkilərdə qalib gələcəyi halda Kiyevi hansı çətinliklərlə üzləşəcəyindən danışıb.

Qeyd edək ki, K.Harris bundan öncə D.Trampı Ukraynanı satmaqda ittiham edib.

Əliyar Xəlil
Globalinfo.az