“Rusiya ilə müharibəni dayandırmaq üçün danışıqlar masasına oturmazdan əvvəl ətraflı plan hazırlanmalıdır”.
Globalinfo.az xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski deyib.
Ukrayna prezidenti bu planın dünya ölkələri ilə razılaşdırılmalı olduğunu bildirib:
“İyunda İsveçrədə keçiriləcək Qlobal Sülh Sammiti Ukraynanın mövqeyini dünyaya çatdırmaq üçün doğru platformaya çevrilməlidir. Tərəfdaşlarımız bizi Rusiya ilə sülhə sövq etməsələr də, ümumilikdə bunun üçün atmosfer var. Əgər platformada iştirak edən ölkə sayı çox olarsa, biz danışıqlarda üstünlük qazanacağımızı düşünürük. Sammitdə əsas məqsəd və prinsiplərlə bağlı razılaşmaların əldə olunması, Ukraynaya danışıqlar zamanı Rusiya Federasiyası üzərində diplomatik üstünlük əldə etməyə imkan verəcək. Danışıqlar üçün kommunikasiya vasitələri razılaşdırıldıqdan sonra fərqli ölkələrdə platformalar təşkil etmək mümkün olacaq. Sonra isə müzakirə üçün planımızı Rusiya nümayəndələrinə təqdim edəcəyik”.
V.Zelenski Ukraynanın sammitdə üç əsas məqsədinin olduğunu qeyd edib:
“Birinci məsələ enerji, nüvə təhlükəsizliyinin təmin edilməsidir. Bu, Ukraynanın gələn qışı daha asan keçirməsinə imkan verəcək. Hər kəs də bunu dəstəkləyir. Bundan əlavə, Ukrayna pulsuz naviqasiya əldə etməyə çalışır ki, bununla istənilən yükü risk olmadan Qara dəniz üzərindən daşımaq mümkün olsun. Bura Odessa və digər vilayətlərin təhlükəsizliyinin təmin edilməsi daxildir. Çünki ruslar limanları ciddi şəkildə vururlar. Gündəlikdə duran üçüncü məsələ isə əsirlərin dəyişdirilməsi, ukraynalıların evlərinə qaytarılmasıdır”.
Ayşən Mustafa
Globalinfo.az














