Zelenski Rişi Sunakla telefonla danışdı – Nəyi müzakirə etdilər?

Ukrayna Prezidenti Vladimir Zelenski Böyük Britaniyanın Baş naziri Rişi Sunak ilə telefonla danışıb.

Globalinfo.az xəbər verir ki, bu barədə Ukrayna lideri tviter-də paylaşım edib.

O bildirib ki, gələn il Parisdə keçiriləcək Olimpiya Oyunlarında rusiyalı idmançılar iştirak etməməlidir:

“Mən Rişi Sunaka ukraynalı hərbçilərin “Challengers” tanklarında təlimlərə başlaması ilə əlaqədar təşəkkür etdim. Biz Ukrayna ordusunun imkanlarının daha da genişləndirilməsi və uzunmüddətli perspektivdə Ukraynaya hərtərəfli dəstək haqqında danışdıq”, – deyə Zelenski qeyd edib.