Zelenski açıqladı: Planımızı orada təqdim edəcəyik

Zelenski açıqladı: Planımızı orada təqdim edəcəyik

Ukrayna Prezidenti Volodimir Zelenski Ramşteyn görüşündə Kiyevin “qələbə planı”nı təqdim edəcək.

Globalinfo.az  xəbər verir ki, bu barədə o, “X” platformasındakı paylaşımında bildirib.

Zelenski oktyabrın 12-də Almaniyanın Ramşteyn şəhərində baş tutacaq müttəfiqlərinin növbəti görüşündə öz “qələbə planını” təqdim edəcək.

Ukrayna prezidentinin sözlərinə görə, bu plan müharibənin ədalətli sona çatması üçün aydın, konkret addımları əks etdirir.