Zelenski Putinin həbs qərarı haqda: “Bu dönüş nöqtəsidir”

Ukrayna Prezident Vladimir Zelenski Rusiya Prezidenti Vladimir Putinin Beynəlxalq Cinayət Məhkəməsinin həbsinə order verməsini dönüş nöqtəsi adlandırıb.

Globalinfo.az Axar.az-a istinadən xəbər verir ki, o, bu barədə Ukrayna xalqına axşam müraciətində deyib.

“Keçən həftədə, nəhayət, Ukrayna üçün, ədalət üçün həqiqətən əhəmiyyətli beynəlxalq hüquqi nəticə oldu. Rusiya liderinin həbsinə dair Beynəlxalq Cinayət Məhkəməsinin orderi var və bu, dönüş nöqtəsidir”, – o bildirib.