zelenski 1

“Həftə sonları və iş günlərindən asılı olmayaraq, müharibə davam edir. Rusiyanın davranışlarına göz yummaq olmaz”.

Gloablinfo.az xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski ölkəsinə ötən gecə edilən hücumlara münasibət bildirərkən deyib.

“ABŞ və başqalarının səssizliyi yalnız Rusiya Prezidenti Vladimir Putini ruhlandırır” – o bildirib.

Zelenskinin sözlərinə görə, sanksiyalar bu məsələdə kömək edəcək:

“ABŞ və Avropa qətiyyətli olmalıdır. Münaqişə yalnız Rusiyaya təzyiq etməklə dayandırıla bilər”.

Əliyar Xəlil
Globalinfo.az

Paylaş: