Prezident Volodimir Zelenski Ukrayna ordusunun Hərbi Hava Qüvvələrinin komandanını vəzifəsindən azad edib.

Globalinfo.az xəbər verir ki, Nikolay Nikolayeviç Oleşçuk “F-16” qəzasından sonra işdən çıxarılıb.

“Nikolay Nikolayeviç Oleşçuk Ukrayna Silahlı Qüvvələrinin Hərbi Hava Qüvvələrinin komandanı vəzifəsindən azad edilsin”, – fərmanda deyilir.

Xatırladaq ki, avqustun 28-də Ukrayna Silahlı Qüvvələrinə məxsus “F-16” qırıcısı “Patriot” zenit-raket kompleksi ilə məhv edilib.

Müşviq Tofiqoğlu
Globalinfo.az

Paylaş: