Meksikada hava limanında ABŞ-yə göndərilmək üçün karton qutuda 4 insan kəlləsi tapılıb.
Globalinfo.az Unikal.org-a istinadən xəbər verir ki, Meksika Milli Qvardiyasının verdiyi açıqlamaya görə, Queretaro şəhərinin hava limanında rentgen aparatından keçən karton qutuda naməlum əşyakar aşkar edilib.
Bundan sonra nəzarət-buraxılış məntəqəsində qutular mühafizəçilər tərəfindən açılıb.
Belə ki, qutudan alüminium folqa ilə bükülmüş 4 insan kəlləsi tapıblar. Bildirilib ki, qutu ABŞ-nin Cənubi Karolina ştatındakı ünvana göndərilmək üçün Miçoakan ştatının Apatzinqan şəhərindən hava limanına gətirilib.
Kəllələrin necə əldə edildiyindən və ya tibbi tədqiqat məqsədləri üçün olub-olmamasından asılı olmayaraq, daşınma Meksika qanunlarını pozduğuna görə faktla bağlı cinayət işi açılıb.
Araşdırma aparılır.