Ukrayna Prezidenti Volodimir Zelenski Milli Antikorrupsiya Bürosu (NABU) və İxtisaslaşdırılmış Antikorrupsiya Prokurorluğunun (SAPO) səlahiyyətlərini məhdudlaşdıran qanun layihəsini imzalayıb.
Globalinfo.az xəbər verir ki, bu barədə “Politika Strany” öz teleqram kanalında məlumat yayıb.
Məlumata görə, Ali Radanın rəsmi saytında qanun layihəsi qeyd olunub.
Qeyd edək ki, bir müddət əvvəl Ali Radanın saytı nasazlıq səbəbilə istifadəçilər üçün əlçatan olmayıb. Sayt yenidən fəaliyyətə başladıqdan sonra belə sözügedən qanun layihəsinin statusu hələ də “Prezidentə imzalanmaq üçün göndərilib” kimi qalmışdı.
Siyasi dairələrdəki mənbələr isə bildirirlər ki, Zelenski sənədi əslində daha əvvəl imzalayıb, lakin sənədin dərcini antikorrupsiya qanunlarına qarşı keçirilən mitinqin başa çatmasınadək gecikdirmək qərarına gəliblər.
Tahir Turan
Globalinfo.az














