
Ağ Evdə müharibə və sülh mövzusunda ciddi müzakirələr gedərkən, Oval kabinetdə gülməli anlar yaşanıb.
Globalinfo.az Axar.az-a istinadən xəbər verir ki, jurnalist Brian Qlen Ukrayna Prezidenti Volodimir Zelenskinin qara kostyumuna diqqət çəkib və deyib:
“Bu kostyumda möhtəşəm görünürsünüz”.
ABŞ Prezidenti Donald Tramp da dərhal əlavə edib:
“Mən də eyni şeyi dedim”.
Zelenski isə jurnalistlə zarafatla cavab verib:
“Siz eyni kostyumdasanız. Mən dəyişmişəm, siz yox”.














