1770757627 1769944942 zelenskii 900x600 2

İran ilə Rusiya arasında pilotsuz uçuş aparatlarının istehsalı sahəsindəki əməkdaşlıq ciddi narahatlıq doğurur”.

Globalinfo.az xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski deyib.

O bildirib ki, bu, dünyanın buna hazır olmadığı bir vəziyyətdə genişmiqyaslı müharibəyə səbəb ola bilər:

“Müharibənin ilkin mərhələlərində Rusiya, İran tərəfindən təmin edilən dronları Ukraynaya qarşı aktiv şəkildə tətbiq edib. Hazırda İran eyni texnologiyalardan Yaxın Şərqdəki konfliktlərdə istifadə edir və ABŞ-ın hərbi obyektlərinə hücumlar təşkil edir”.

Zelenski əlavə edib ki, Ukrayna kəşfiyyatı “Şahed” dronlarında Rusiya istehsalı komponentlərin mövcudluğunu qeydə alıb.

Safura Bənnayeva
Globalinfo.az

Paylaş: