Ukrayna Prezidenti Volodimir Zelenski Krasnodar diyarında yerləşən neft emalı müəssisəsinə endirilən zərbə ilə bağlı açıqlama verib.
Globalinfo.az xəbər verir ki, o, bu barədə sosial şəbəkə hesabında yazıb. Zelenskinin sözlərinə görə, əməliyyat Ukrayna Təhlükəsizlik Xidməti tərəfindən həyata keçirilib və hədəf Armavir şəhərində yerləşən neft emalı zavodu olub.
Bildirilir ki, obyekt Ukrayna sərhədindən təxminən 500 kilometr məsafədə yerləşir.
Ukrayna lideri bu cür əməliyyatları Rusiyanın hərbi və iqtisadi imkanlarına təzyiq göstərmək məqsədi daşıyan “uzunmüddətli sanksiyalar” kimi xarakterizə edib.
Zelenski həmçinin vurğulayıb ki, Kiyev Rusiyanın hərbi potensialını zəiflətmək üçün onun ərazisində yerləşən strateji obyektlərə qarşı zərbələri davam etdirmək niyyətindədir.
Tahir Turan
Globalinfo.az