Belqradda yenidən aksiya keçirilir – VİDEO

“RİA Novosti”nin məlumatına görə, Belqradda yenidən etiraz aksiyası keçirilir.

Globalinfo.az bildirir ki, aksiya iştirakçıları Dövlət və Yerli İdarəetmə Nazirliyinin binası qarşısında yolu bağlayıblar.


***09:02

Serbiya prezidenti Aleksandar Vuçiç Belqradın mərkəzində baş verən iğtişaşlarla əlaqədar Milli Təhlükəsizlik Şurasının təcili iclasını çağırıb.

Globalinfo.az xəbər verir ki, bu barədə TV Pink məlumat yayıb.

Serbiyanın daxili işlər naziri Bratislav Qasiç etiraz aksiyasının keçirildiyi yerdədir.

Polis artıq etirazçıları dağıdıb.

***00:57

Serbiyanın paytaxtı Belqradda müxlifət nümayəndələrinin genişmiqyaslı etiraz mitinqi şiddətlənib. 

Globalinfo.az xəbər verir ki, parlament binasına daxil olmağa çalışan etirazçılar Serbiya bayrqaları ilə şüşələri sındırıblar.

Polis və etirazçılar arasında toqquşmanın başladığı, mitinqin dağıdılması üçün gözyaşardıcı qazdan istifadə edildiyi deyilir.

Məlumata görə, polis etirazçıları parlament binasından uzaqlaşdırmağı bacarıb.

Əliyar Xəlil
Globalinfo.az