Ukrayna Prezidenti Volodimir Zelenski müəyyən kateqoriyadan olan məhbusların Silahlı Qüvvələrin sıralarına səfərbər edilməsinə icazə verən qanunu imzalayıb.
Globalinfo.az xəbər verir ki, bu barədə Ukrayna Ali Radasının rəsmi saytında məlumat yayılıb.
Məlumatda qeyd edilir ki, mayın 17-də Ukraynanın Cinayət, Cinayət-Prosessual, Cinayət-İcra məcəllələrinə və digər qanunlara əsasən həbsdə cəza çəkən şəxslərin şərti olaraq vaxtından əvvəl azad edilməsi ilə bağlı dəyişikliklərin həyata keçirilməsi üçün qanun təsdiqlənib.
Sözügedən qanun mayın 8-də Ukrayna Ali Radasında səsverməyə çıxarılıb və qəbul edib. Onun lehinə 279 xalq deputatı səs verib.
Qanuna əsasən, ağır cinayətlərdə, xüsusən də qəsdən adam öldürmə, zorlama və cinsi zorakılıqda təqsirli hesab edilən şəxslər səfərbər edilə bilməz.
Səfərbər ediləcək məhbusların xüsusi təyinatlı hərbi hissələrdə xidmət göstərəcəyi bildirilib.
Ayşən Mustafa
Globalinfo.az














