Zelenski G7 sammitində iştirak edə bilər

Kiyev Zelenskinin G7 sammitində iştirakının mümkünlüyünü istisna etməyib.

Globalinfo.az APA-ya istinadən xəbər verir ki, bu barədə Yaponiyanın Kyodo agentliyinə Ukrayna Prezidentinin ofis rəhbərinin müavini İqor Jovkva məlumat verib.

“Hər şey döyüş meydanındakı vəziyyətdən asılı olacaq. Yekun qərar döyüş meydanındakı vəziyyətin hərtərəfli qiymətləndirilməsindən sonra veriləcək”, – deyə o vurğulayıb.

Eyni zamanda, Jovkva deyib ki, Zelenski istənilən halda bu və ya digər formatda Xirosimada keçiriləcək G7 sammitində iştirak edəcək.

Bu arada Yaponiya hökumətindəki Kyodo mənbələri Ukrayna prezidentinin Xirosimaya şəxsi səfərinin mümkünlüyünü istisna edib.

Yaponiya 2023-cü ildə G7-yə sədrlik edir.