Zelenski elan etdi: “Bu olarsa, istefa verəcəyəm”

Zelenski elan etdi: "Bu olarsa, istefa verəcəyəm"

Ukrayna Prezidenti Volodimir Zelenski Böyük Britaniyaya səfəri zamanı vəzifədən geri çəkilməsi üçün şərtini açıqlayıb. 

Globalinfo.az xəbər verir ki, o, bununla bağlı “Skay nyus”un jurnalistinin sualını cavablandırıb.

Zelenski prezident postunda əvəzlənməsinin asan olmayacağını bildirib:

“Məni dəyişmək asan olmayacaq, çünki sadəcə seçki keçirmək kifayət deyil. Bir şərtlə vəzifəni tərk edərəm, o da Ukraynanın NATO-ya üzv qəbul edilməsidir. Bu, baş tutarsa prezident postundan gedəcəyəm. Çünki belə olan halda missiyamı yerinə yetirmiş sayılacam. Səlahiyyətlərimdən geri çəkilməyim üçün yeganə şərt alyansa üzvlüklə mübadilədir”.

Qeyd edək ki, Volodimir Zelenski Ağ Evdə ABŞ Prezidenti Donald Trampla keçən mübahisəli görüşdən sonra Böyük Britaniyaya səfər edib. O, burada Avropa ölkələrinin Ukrayna ilə bağlı toplantısına qatılıb.

Ayşən Mustafa
Globalinfo.az