“Zelenski danışıqlar masasına qayıtmalıdır” – Polşa Prezidenti

"Zelenski danışıqlar masasına qayıtmalıdır" – Polşa Prezidenti

Polşa Prezidenti Andjey Duda Volodimir Zelenskini Trampa danışıqlar masasına qayıtmağa çağırıb.

Globalinfo.az xəbər verir ki, o, BMT Baş Assambleyasında iştirak etmək üçün ABŞ-a səfər etmədən öncə keçirdiyi mətbuat konfransı zamanı deyib.

“Volodimir Zelenski danışıqlar masasına qayıtmalıdır. Dünən işlər, gizlədilməli bir şey yoxdur, həqiqətən də dalana dirəndi”, – Duda deyib.

O, qeyd edib ki, bir həftə əvvəl Zelenski ilə telefon danışığı zamanı ona Ağ Evin yeni sahibi ilə danışıqlar zamanı sakit və konstruktiv olmağı tövsiyə edib.

Onun fikrincə, ABŞ bu münaqişənin başa çatmasına vəsilə olacaq yeganə gücdür.

Aysel Əliyeva
Globalinfo.az