Zelenski DANIŞDI: “Mən təklif verirəm, Putin rədd edir”

Zelenski DANIŞDI: "Mən təklif verirəm, Putin rədd edir"

Ukrayna prezidenti Volodimir Zelenski bildirib ki, Rusiya onun Putinlə Vatikanda görüş ehtimalını rədd edir.

Globalinfo.az bildirir ki, Zelenski bu barədə Papa XIV Leo ilə söhbətindən sonra məlumat verib.

“Belə bir görüşün keçirilməsi təklifi qüvvədə qalır. Bu, Rusiyanın təcavüzünü dayandırmaq və real sülhə nail olmaq üçün bir yoldur. Amma bunu, eləcə də digər sülh təşəbbüslərini rədd edən Moskvadır”, – Zelenski vurğulayıb.

O, Ukraynaya verdiyi dəstəyə görə Papaya təşəkkür edib. Zelenski həmçinin Roma Papasını Ukraynaya səfərə dəvət edib.

Zelenski DANIŞDI: "Mən təklif verirəm, Putin rədd edir"

Əliyar Xəlil
Globalinfo.az