Zelenski cəbhə xəttinə gəldi

Ukrayna Prezident Volodimir Zelenski cəbhə xəttinə gedib.

Globalinfo.az “Report”a istinadən xəbər verir ki, bunu dövlət başçısı öz teleqram hesabında yazıb.

O, şimal-şərq cəbhəsinin Kupyansk sektoru yaxınlığındakı şəxsi heyətlə görüşüb.

Ukrayna lideri bir qrup hərbçini mükafatlandırıb və onlara uğurlar arzulayıb.

“Döyüşçülərə göstərdikləri xidmətə, dövlətimizi qoruduqlarına görə təşəkkür edirəm! Onlara qələbə arzulayıram”, – V. Zelenski bildirib.