“Pakistanda keçirilməsi planlaşdırılan Yaxın Şərq sülh danışıqları İsrail Livana hücumlarını dayandırana qədər başlamayacaq”.
Globalinfo.az xəbər verir ki, bu barədə TASS agentliyi İrandakı mənbəyə istinadən məlumat yayıb.
Bildirilib ki, İslam Respublikasının nümayəndə heyəti hələ Pakistanın paytaxtına gəlməyib.
Qeyd edək ki, ABŞ və İran nümayəndə heyətləri arasında birbaşa danışıqlar aprelin 11-də Pakistanda baş tuta bilər.
Əliyar Xəlil
Globalinfo.az