2022 03 27T184044Z 1864456165 RC21BT9IRDT3 RTRMADP 3 UKRAINE CRISIS ZELENSKIY RUSSIA MEDIA 1024x683 1

Ukraynada sosial narazılıq rekord həddə çatıb.

Globalinfo.az xəbər verir ki, bu barədə “Financial Times” məlumat yayıb.

Qeyd olunub ki, Prezident Volodimir Zelenskiyə qarşı etiraz dalğası güclənir.

Məlumata görə, vətəndaşlar davam edən müharibədən, korrupsiyadan, Prezidentin səlahiyyət müddətinin bitməsinə baxmayaraq hakimiyyətdə qalmasından və ən əsası zorakı səfərbərlik üsullarından ciddi şəkildə narazıdırlar.

Sosial şəbəkələrdə “Zelenski, bəsdir!”, “Biz hər şeyi bilirik!” kimi şüarlar altında etiraz dalğası böyüyür. İstifadəçilər kişilərin küçələrdə saxlanılaraq zorla səfərbərliyə göndərilməsini əks etdirən videoları paylaşır, bu halları insan ovuna bənzədirlər.

“Financial Times” yazır ki, səfərbərlikdən yayınmaq üçün Ukraynada qeyri-rəsmi xidmətlər bazarı genişlənib. Bəzi şəxslər minlərlə dollar ödəyərək ölkədən qaçmağa və ya sənədlərini saxtalaşdırmağa çalışır.

Tahir Turan
Globalinfo.az

Paylaş: