lavrovi 12 55 35

Rusiya xarici işlər naziri Sergey Lavrov Ukraynada müharibə başlayandan bəri ilk dəfə Avropa İttifaqına səfər edəcək.

Globalinfo.az xəbər verir ki, Sergey Lavrov 2024-cü ilin dekabrında Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının Xarici İşlər Nazirləri Şurasının iclasında iştirak etmək üçün Maltaya getməyi planlaşdırır.

Bu məlumatı Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova da təsdiqləyib. Zaxarova bildirib ki, bu tədbirə ev sahibliyi edən ölkə bütün ATƏT üzvlərinə işləmək imkanı tanımağa borcludur.

Lavrov sonuncu dəfə 2021-ci ilin dekabrında Aİ ölkələrinə səfər edib. O vaxtdan bəri Lavrov Aİ-nin üzvü olmayan bəzi  Avropa ölkələrinə (2022-ci ilin yanvarında İsveçrəyə, 2023-cü ilin dekabrında Şimali Makedoniyaya) səfər edib.

Xatırladaq ki, Lavrov Rusiya prezidenti Vladimir Putin kimi, 2022-ci ilin fevralından etibarən Aİ-nin fərdi sanksiyalar siyahısındadır. Bu sanksiyalar Aİ ərazisində olan aktivlərin dondurulmasını nəzərdə tutur.

Müşviq Tofiqoğlu
Globalinfo.az

 

Paylaş: