Rusiyanı vicdanlı olmağa çağırırıq – Rəsmi Kiyev

Rəsmi Kiyev Rusiya Daxili İşlər Nazirliyinin (DİN) Ukrayna Prezidenti Volodimir Zelenskini axtarışa verməsinə münasibət bildirib.

Globalinfo.az xəbər verir ki, bu barədə Ukrayna prezidentinin mətbuat katibi Sergey Nikiforov açıqlama verib.

O, Rusiya DİN-i vicdanlı və sağlam düşüncəli olmağa çağırıb.

***16:30

Rusiya Daxili İşlər Nazirliyi Ukrayna prezidenti Volodimir Zelenskini axtarışa verib.

Globalinfo.az APA-ya istinadən xəbər verir ki, bu barədə Rusiya DİN-nin məlumat bazasında məlumat yerləşdirilib.

“Volodimir Aleksandroviç Zelenski, 25 yanvar 1978-ci il. Cinayət Məcəlləsinin maddəsi ilə axtarışdadır”, -deyə Rusiya Federasiyası Daxili İşlər Nazirliyinin axtarış məlumat bazasında qeyd olunub.

Onun hansı cinayətə görə axtarışda olduğu açıqlanmayıb.

Məlumat bazasında axtarışda olan şəxsin doğulduğu yer də göstərilib. Zelenskinin Ukraynanın Dnepropetrovsk vilayətinin Krivoy Roq şəhərində doğulduğu qeyd olunub.

Rusiya DİN Zelenskini axtarışa verib - FOTO