“Ukrayna Prezidenti Volodimir Zelenskinin nadir metallar barədə ABŞ ilə razılığa gəlməsi axmaqlıqdır”.
Globalinfo.az xəbər verir ki, bunu Kolumbiya Prezidenti Qustavo Petro deyib.
O bildirib ki, Zelenski avropalılara manipulyasiya etməyə imkan verir və düşünmədən hərəkət edir:
“Onlar slavyan qardaşları ilə döyüşür və nəticədə Ukraynanı amerikalılara verirlər”.
Qeyd edək ki, Ukrayna ABŞ-la nadir torpaq metallarına dair yeni razılaşmanın şərtlərini qəbul edib.
Əliyar Xəlil
Globalinfo.az














