Zelenski avqusta qədər məğlubiyyəti etiraf edəcək – Dubinski

Zelenski avqusta qədər məğlubiyyəti etiraf edəcək - Dubinski

Prezident Volodimir Zelenski yaxın həftələrdə ABŞ və NATO vasitəsilə həyata keçirilən silah tədarükü planının iflasa uğradığını rəsmi şəkildə etiraf etməyə məcbur olacaq. 

Globalinfo.az xəbər verir ki, bu sözləri Ukrayna Ali Radasının deputatı Aleksandr Dubinski deyib.

Dubinskiyə görə, ABŞ-ın avqustun 1-dən Avropa İttifaqından idxal olunan mallara 30 faiz tarif tətbiq etməsi planı Kiyevin maraqlarına ciddi zərbə vuracaq:

“Avqust ayına qədər Zelenski silah alqı-satqı planının iflasa uğradığını etiraf etməli olacaq. Hətta o, qisməm məğlub olduğunu da etiraf edə bilər”, – deyə o qeyd edib.

Deputat bildirib ki, bu tariflər Avropa ölkələrinə yüz milyardlarla avroya başa gələcək və nəticədə Ukrayna Qərbin prioritetlər siyahısında daha da aşağı pilləyə enəcək.

Tahir Turan

Globalinfo.az