Ukrayna Prezidenti Volodimir Zelenskinin təyyarəsi Almaniyaya eniş edib.
Globalinfo.az xəbər verir ki, bu barədə “Der Spiegel” məlumat yayıb.
Bundan əvvəl Almaniya hökuməti Zelenskinin avqustun 15-də Alyaskada Rusiya prezidenti Vladimir Putinlə danışıqlarından əvvəl ABŞ prezidenti Donald Tramp ilə Avropa liderlərinin videokonfransında iştirak edəcəyini açıqlamışdı.














