Ukrayna Prezidenti Volodimir Zelenski Avropa İttifaqı ölkələrini tənqid edib.
Globaıinfo.az xəbər verir ki, bu barədə məlumatı “Politika Strany” teleqram kanalı yayıb.
Onun sözlərinə görə, 10 Aİ ölkəsi Ukraynaya 150 milyard avro ayırmağa hazır olduqlarını bildirsələr də, bu vəsait hələ də faktiki olaraq köçürülməyib.
Zelenski bildirib ki, ABŞ və əsas Avropa liderlərinin Haaqa sammitindən sonra Ukraynanın gücləndirilməsi üçün müdafiə məqsədli yeni büdcənin 5 faizinin ayrılmasına qarşı olmadıqlarından istifadə etmək lazımdır.
“Avropa İttifaqı 150 milyard avro almaq imkanı verib. Bu pullar Aİ ölkələri tərəfindən müəyyən öhdəliklərin yerinə yetirilməsi üçün götürülüb və Ukraynaya köçürülməlidir. Artıq 10 ölkə bu pulları almağa hazır olduqlarını bildiriblər, lakin hələ də faktiki köçürmələr həyata keçirilməyib”, – deyə Zelenski qeyd edib.
Prezident bu vəziyyətin həm NATO, həm də Aİ üçün ciddi sual doğurduğunu vurğulayıb.
Tahir Turan
Globaıinfo.az














