2015-ci ildə imzalanan Minsk razılaşması Rusiya üçün güzəşt idi.
Globalinfo.az xəbər verir ki, bunu Ukrayna Prezidenti Vladimir Zelenski “Le Fiqaro” qəzetinə müsahibəsində deyib.
“Situasiyanı sakitləşdirmək üçün imzalanmış Minsk razılaşması, əslində, Rusiyaya güzəşt idi. Mən Emmanuel Makron və Angela Merkelə, eləcə də Vladimir Putinə demişdim ki, Minsk razılaşması reallaşdırıla bilməz. Seçkidə qələbədən sonra mənim bu prosesi şübhə altına almağım onları təəccübləndirmiş, bir az da əsəbiləşdirmişdi”, – o bildirib.
Zelenski Minsk razılaşmasına Krımın daxil edilmədiyini, bunun isə Kiyevin maraqlarına uyğun olmadığını söyləyib.
Qeyd edək ki, bundan öncə Angela Merkel də bənzər bəyanatla çıxış etmişdi. O, Minsk razılaşmasının Rusiyanı dayandırmaq və Ukraynanın özünə gəlməsini təmin etmək irəli sürüldüyün bildirmişdi.
İlkin Həsənov
Globalinfo.az














