Ukrayna Prezidenti Volodimir Zelenskinin həyat yoldaşı Yelena Zelenskayanın Polşanın Qdansk Universitetində planlaşdırılan mühazirəsi ləğv edilib.
Globalinfo.az xəbər verir ki, bu barədə Ukrayna mediası məlumat yayıb.
Bildirilib ki, qərar Polşada yaranmış siyasi müzakirələr və qalmaqallı hadisələr fonunda qəbul edilib.
“Zelenskayanın ölkədə keçiriləcək Ukraynanın bərpasına həsr olunmuş konfransda həyat yoldaşı ilə birlikdə iştirak etməsi nəzərdə tutulurdu.
SEPAH məscidi yerləyeksan edib – VİDEO
Bundan əlavə, onun Qdansk Universitetində təşkil ediləcək debat proqramına qatılması planlaşdırılmışdı.
Lakin son hadisələrdən sonra Zelenskayanın Qdanska səfərinin baş tutmayacağı bildirilib.
Universitetin mətbuat xidməti də bu məlumatı təsdiqləyib”, – deyə qeyd edilib.
Safura Bənnayeva
Globalinfo.az