Zaxarovadan Mertzə “tarixi sual”: Hansı dövrü təkrarlamaq istəyirsiniz?

e6ef29ba09e1d1cae4f61db8deb38067 scaled

Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova Almaniyanın yeni seçilən kansleri Fridrix Mertzin bəyanatına sərt münasibət bildirib.

Globalinfo.az xəbər verir ki, bu barədə Zaxarova teleqram hesabında paylaşım edib.

“Yenidən? Dəqiqləşdirmək istərdim, bu “yenidən” tarixin hansı dövrünə aiddir?”, – XİN nümayəndəsi yazıb.

Xatırladaq ki, daha əvvəl Mertz verdiyi açıqlamada Almaniyanın “Avropa və dünyada vəziyyəti yenidən nəzarət altına almalı” olduğunu söyləmişdi.

Aysel Əliyeva
Globalinfo.az