Bakını narahat edən məsələyə Rusiyadan reaksiya: Dayandırın!

“Mən istəməzdim ki, Ermənistan xalqı yenidən “Qərbin dostları” adlandırılan şəxslər tərəfindən aldadılsın”.

Globalinfo.az xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova deyib.

XİN sözçüsü Fransadan Ermənistana müdafiə sistemlərinin göndərilməsinə münasibət bildirib:

“Biz Qərbin tərəfdaş adlandırdıqlarını necə aldatmağa qadir olduğuna dair nümunələr çəkdik. İstəməzdim ki, Ermənistan xalqı da bunu yaşasın. Fransadan Ermənistana “Bastion” zirehli texnikasının göndərilməsi dayandırılmalıdır. Çünki bu ölkələrin hərbi texnikaları heç zaman müdafiə qabiliyyətinin artırılmasına töhfə verməyib.

O cümlədən Rusiya Ermənistan Müdafiə Nazirliyinin silah satışı məsələsinin əməkdaşlıq çərçivəsində həll olunması ilə bağlı bəyanatını alqışlayır”.

Əliyar Xəlil
Globalinfo.az