Messinin azərbaycanlı dostu təkzib etdi: Yalandır!

adnan messi 14

Tanınmış azərbaycanlı iş adamı Adnan Əhmədzadə “Mingəçevir” Futbol Klubunu alması ilə bağlı məlumatlara münasibət bildirib.

Globalinfo.az xəbər verir ki, iş adamı sözügedən xəbərin paylaşıldığı idman səhifələrindən birinə rəy yazaraq məlumatı təkzib edib.

O, rəydə “Fake news-Doğru xəbər deyil “, – yazıb.

Qeyd edək ki, bir neçə gün öncə onun “Mingəçevir” FK-nı almaq üçün AFFA-ya müraciət etdiyi, klubu yeniləməyi və performansını yüksəltməyi hədəflədiyinə dair xəbərlər yayılmışdı. A.Əhmədzadə “Barcelona” FK-nın rəhbərliyi və oyunçuları ilə yaxın əlaqələrə sahibdir. O, həmçinin dünyaca məşhur futbolçu Lionel Messi ilə ailəvi dostluğu ilə tanınır.

WhatsApp Image 2024 12 09 at 11.50.41

Əliyar Xəlil
Globalinfo.az