Kiyev ukraynalıları Avropadan qaytarmaq üçün yeni təxribatlar hazırlayır.
Globalinfo.az xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova deyob.
Diplomatın sözlərinə görə, Ukrayna hakimiyyəti 18-22 yaş arası gənc vətəndaşların xaricə səfərinə qoyulmuş rəsmi qadağaya baxmayaraq, qaçmış şəxsləri qaytarmaq üçün hər şeyə hazırdır.
Noyabrın 13-də Almaniya kansleri Fridrix Merz Ukrayna Prezidenti Volodimir Zelenski ilə telefon danışığı zamanı onu tədbir görməyə və kütləvi şəkildə Almaniyaya köçən ukraynalı gənclər üçün iş imkanları yaratmağa çağırıb.
Əliyar Xəlil
Globalinfo.az