Ermənistanı növbəti fəlakətə sürükləyirlər – Zaxarova

“Biz xarici qüvvələrin İrəvanı təhlükəli geosiyasi oyunlara sürükləmək cəhdlərini görürük”.

Globalinfo.az xəbər verir ki, bunu Rusiyanın Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova deyib.

“Qərb erməni xalqının taleyinə biganədir, onların ağrıları, iztirablarından öz maraqları üçün istifadə edirlər. Rusiya Federasiyası Ermənistanın sabitliyi və rifahına töfhə verməyə hazırdır. Moskva həmçinin Cənubi Qafqazda gərginliyin azaldılmasında maraqlıdır. Bu bizim üçün bir sıra səbəblərə görə mühüm əhəmiyyət kəsb edir. İrəvanla Bakı arasında münasibətlərin normallaşması üçün yaxşı perspektivlər var”, – M.Zaxarova bildirib.

Ayşən Mustafa
Globalinfo.az