Zaxarova Bakının tələbini dəstəklədi: “Ləğv edilməlidir!”

Zaxarova Bakının tələbini dəstəklədi: "Ləğv edilməlidir!"

“ATƏT-in Minsk qrupunun fəaliyyəti öz mənasını itirib və ləğv edilməlidir”.

Globalinfo.az xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin mətbuat katibi Mariya Zaxarova deyib.

O, Minsk qrupunun son illərdə fəaliyyətinin əhəmiyyətsiz olduğunu bildirib:

“Bu qurum hələ 2022-ci ilin fevralında öz işini dayandırdı. Günahkar isə fransalı və amerikalı həmsədrlərdir. Onlar rusiyalı həmsədrlərlə əlaqə saxlamaqdan imtina etdilər. Minsk qrupunun ləğvi Azərbaycan və Ermənistan arasında normallaşma prosesinə də müsbət təsir göstərəcək”.

Qeyd edək ki, rəsmi Bakı daha öncə dəfələrlə ATƏT-in Minsk qrupunun ləğvini tələb edib. Bir neçə gün əvvəl isə Ermənistanın Baş naziri Nikol Paşinyan bu məsələni dəstəklədiyini və qurumun ləğv edilməli olduğunu bildirdi.

Ayşən Mustafa
Globalinfo.az