Zaxarova Azərbaycan teatrının açılacağını dedi

Zaxarova Azərbaycan teatrının açılacağını dedi

Dağıstanın Dərbənd şəhərindəki Azərbaycan teatrının bərpası başa çatmaq üzrədir və tezliklə açılacaq.

Globalinfo.az TASS-a istinadən xəbər verir ki, bu barədə Rusiya XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarova deyib.

“Dağıstan xalqlarının mədəni müxtəlifliyindən danışmaya bilmərəm: folklor, xalq sənəti çoxdan tanınan brendə çevrilib. Respublikada 11 milli teatr fəaliyyət göstərir. Dünən Dərbənddə Azərbaycan teatrının bərpasının başa çatdığını gördük – o, artıq açılmaq üzrədir. Burada qədimdən müxtəlif sənətlər, bədii metalişləmə, daş üzərində oyma geniş inkişaf edib”, – o qeyd edib.