Xalq artisti Könül Xasıyeva teleaparıcı Zaur Kamalı və jurnalist Günel Musanı məhkəməyə verib.
Globalinfo.az xəbər verir ki, buna səbəb Z.Kamalın təxminən bir il əvvəl ARB-də yayımlanan “Həmin Zaur” verilişində işlətdiyi ifadələr olub. Belə ki, aparıcının “K.Xasıyeva vaxtilə Bakıda tək qalmamaq üçün anasını öz yanına, evinə gətirib. Bu isə valideynlərinin ayrılmasına səbəb olub” deməsi xanəndəni qəzəbləndirib.
Görüntülərdən bir ildən çox vaxt keçəndən sonra K.Xasıyeva həmin ifadələri əsas götürərək Z.Kamalı şikayət edib.
Bakı şəhər Baş Polis İdarəsi şikayət əsasında araşdırma başladıb və Z.Kamal idarəyə dəvət olunaraq dindirilib. Müsahibənin müəllifi jurnalist Günel Musa da baş verənlərdən sonra bu gün Bakı şəhər Baş Polis İdarəsinə dəvət olunub.
Məsələ ilə bağlı Könül Xasıyeva ilə əlaqə saxlamağa çalışsaq da, bu, mümkün olmayıb.
Zaira Akifqızı
Globalinfo.az














