Zatulin: “Paşinyanın əsas hədəfi 102-ci hərbi bazadır”

“Paşinyana görə Qarabağ ona həm lazım deyildi, həm də Ermənistan daxili üçün zərərli idi”.

Globalinfo.az xəbər verir ki, bunu Rusiya Dumasının erməniyönlü deputatı Konstantin Zatulin deyib.

Onun sözlərinə görə, Paşinyan məhz bunun üçün Qərbdəki dostlarının fikirlərinə qulaq asdı:

“O, Rusiyanın Qarabağdakı sülhməramlı missiyasını çətin situasiyaya saldı. Görünür, bu onun Qərblə dostluğunun şərti idi. Çünki Qərbə rusların burada olması lazım deyildi. Yeri gəlmişkən, Gümrüdəki baza və Ermənistanın KTMT üzvlüyü də bu siyahıya daxildir. Böyük ehtimalla onlar növbəti həll edilməli olan məsələlərdir və Paşinyan artıq bunu tərəfdarlarından gizlətmir”.

Əliyar Xəlil
Globalinfo.az