Zatulin hökumətə SƏSLƏNDİ: “Paşinyanın bu hərəkəti cavabsız qalmamalıdır”

Zatulin hökumətə SƏSLƏNDİ: "Paşinyanın bu hərəkəti cavabsız qalmamalıdır"

“Rus Pravoslav Kilsəsi Paşinyanın bəyanatlarına cavab verməlidir”.

Globalinfo.az xəbər verir ki, bunu Rusiya Dövlət Dumasının deputatı Konstantin Zatulin deyib.

O bildirib ki, Paşinyanın erməni kilsəsinin antixristlərdən azad edilməsi ilə bağlı bəyanatı cavabsız qalmamalıdır.

Zatulin buna Rusiyanın da susmayacağını diqqətə çatdırıb.

“Rusiya bu məsələni Ermənistanın daxili işi kimi təqdim edərək susmamalıdır. Moskva istər ictimai, istər dövlət, istərsə də dini səviyyədə biganə qala bilməz. Mən təəccüblənirəm ki, Rus Pravoslav Kilsəsindən hələ heç bir reaksiya gəlməyib”.

Rusiyalı deputatın fikrincə, erməni kilsəsi Paşinyanın yarıtmaz siyasəti fonunda ermənilərin avtoritetinə çevrilə bilər.

“Paşinyan erməni kilsəsini mənəvi avtoritet olacaq bir qurum kimi gözdən salmaq niyyətindədir. Çoxları ona qarşı çıxır, çünki Paşinyanın getdiyi yolun erməni xalqını dalana dirədiyini başa düşürlər. Ukrayna dövləti də  kilsəni tabe etmək istəyirdi. Ukraynada dünyəvi hakimiyyət kilsəni özlərinə uyğun şəkildə yenidən qurmaq, onu rusofobiya ilə aşılamaq məqsədi güdürdü. Ancaq hadisələr göz qabağındadır. Bunun Paşinyanın Ermənistanda etdiklərindən mahiyyətcə heç bir fərqi yoxdur”, – Zatulin vurğulayıb.

Əliyar Xəlil
Globalinfo.az