Ermənistan qoşunları oradan çıxarmaq istəyir – Zatulin

“Ermənistan hökuməti Rusiya ilə əlaqələri pozur”.

Globalinfo.az xəbər verir ki, bunu Rusiya Dövlət Dumasının deputatı Konstantin Zatulin deyib.

O bildirib ki, rəsmi İrəvan açıq şəkildə Rusiya ilə əlaqələri pisləşdirir.

“Ermənistan hökuməti Rusiya ilə əlaqələri kəsmək üçün müxtəlif səbəblər axtarır. Bu, onların siyasətinə uyğundur. Ermənistan bizim xəbərdarlıq etdiyimiz məsələləri tədricən həyata keçirir. Söhbət KTMT-dən çıxmaq istəyindən gedir. Bir müddət sonra Gümrüdəki hərbi bazanın çıxarılması məsələsini də gündəmə gətirəcəklər”, – Zatulin vurğulayıb.

Qeyd edək ki, Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan Ermənistan sərhəd qoşunlarının “Zvartnots” hava limanında xidmət etməli olduğunu açıqlayıb. O bildirib ki, Ermənistanın sözügedən məsələdə dəqiq mövqeyi var və bu barədə Rusiyaya rəsmi məktubla məlumat verilib.

Əliyar Xəlil
Globalinfo.az